İranda koronavirusdan ölənlərin sayı artır - YENİLƏNİB

İranda koronavirusdan ölənlərin sayı artır - YENİLƏNİB “İranlı nazir şübhəli halın 758 olduğunu, 18 halda koronavirus diaqnozunun qoyulduğunu, 5 xəstənin isə öldüyünü söylədi”.
Region
3417
21 Fevral , 2020 17:32
İranda koronavirusdan ölənlərin sayı artır - YENİLƏNİB
google.az

“İranlı nazir şübhəli halın 758 olduğunu, 18 halda koronavirus diaqnozunun qoyulduğunu, 5 xəstənin isə öldüyünü söylədi”.

“Report” İHA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca iranlı həmkarı ilə telefon danışığından sonra bildirib.

Xatırladaq ki, İranda koronavirusdan ilk ölüm faktı fevralın 20-də qeydə alınıb. Ümumilikdə dünyada infeksiyadan ölənlərin sayı 2 200-ü ötüb.


*** 14:46

İranda daha 2 nəfər koronavirusdan dünyasını dəyişib.

“Report” “Al-Arabiya”ya istinadən xəbər verir ki, bununla da ölkə ərazisində ölənlərin sayı 4-ə yüksəlib.

Eyni zamanda İranda 13 yeni yoluxma halının aşkarlandığı bildirilib. Bu faktlardan 7-si ölkənin Qum, 4-ü Tehran və 2 nəfəri isə Gilan əyalətində qeydə alınıb. Onlardan da ikisi ölüb.

Bununla da İranda 18 nəfərin koronavirusa yoluxduğu və onlardan  4-nün öldüyü təsdiqlənib. 

Xatırladaq ki, İran Səhiyyə Nazirliyi bu günədək ölkə ərazisində 5 yoluxma halının qeydə alındığını və onlardan da 2-nin öldüyünü açıqlamışdı. 

Son xəbərlər

Orphus sistemi