İranda 2 nəfər koronavirusdan öldü - YENİLƏNİB

İranda 2 nəfər koronavirusdan öldü - YENİLƏNİB İranın Qum şəhərində koronavirusa yoluxan iki nəfərin öldüyü açıqlanıb.
Region
19 Fevral , 2020 20:10
İranda 2 nəfər koronavirusdan öldü - YENİLƏNİB

İranın Qum şəhərində koronavirusa yoluxan iki nəfərin öldüyü açıqlanıb. 

"Report" İRNA-ya istinadən xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin müşaviri Əlirza Vahabzadə məlumat verib. 

"Bu gün Qumda hər iki şəxsə koronavirusa yoluxma diaqnozu qoyulub və onlar eyni virusdan ölüblər", - o qeyd edib. 


*** 15:23

Son iki gündə İranın Qum şəhərində koronavirusa yoluxma şübhəsi ilə bağlı bir neçə hal qeydə alınıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, hazırda ölkədə koronavirusa mümkün yoluxma ilə bağlı iki hal mövcuddur. 

"Bu fakt hələlik ilkin təhlilin nəticəsidir. Göndərilən nümunələrin ilkin təhlili aparıldı. Hər iki halda müsbət nəticə oldu”, - İran Səhiyyə Nazirliyinin nümayəndəsi söyləyib.

Məlumatda yekun nəticələrin müəyyənləşdirilməsi üçün əlavə təhlillərin aparılacağı vurğulanıb.

Son xəbərlər

Orphus sistemi