İranda koronavirusdan ölənlərin sayı 8 134-ə çatdı

İranda koronavirusdan ölənlərin sayı 8 134-ə çatdı İranda koronavirusa yoluxanların sayı yenə artıb.
Region
5 İyun , 2020 13:53
İranda koronavirusdan ölənlərin sayı 8 134-ə çatdı

İranda koronavirusa yoluxanların sayı yenə artıb.

“Report” IRNA-ya istinadən xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib.

Onun sözlərinə görə, ölkədə daha 2 886 nəfərdə koronavirus aşkarlanıb. Bununla da İranda yoluxma faktlarının sayı 167 156-ya çatıb.

K.Cahanpur bildirib ki, ölkədə koronavirusdan ölənlərin sayı daha 63 nəfər artaraq 134 nəfərə yüksəlib.

O həmçinin 2 573 pasiyentin vəziyyətinin ağır olduğunu vurğulayıb.

Bundan başqa, indiyədək 12741 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.

Son xəbərlər

Orphus sistemi