İranda koronavirusa görə 24 nəfər həbs olundu

İranda koronavirusa görə 24 nəfər həbs olundu “İranın hüquq-mühafizə orqanları ölkədə koronavirus barədə bilərəkdən yalan məlumat yaymaqda şübhəli bilinən 24 nəfəri həbs edərək məhkəmə orqanlarına təhvil verib”.
Region
3571
26 Fevral , 2020 17:46
İranda koronavirusa görə 24 nəfər həbs olundu

“İranın hüquq-mühafizə orqanları ölkədə koronavirus barədə bilərəkdən yalan məlumat yaymaqda şübhəli bilinən 24 nəfəri həbs edərək məhkəmə orqanlarına təhvil verib”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu İran kiberpolisinin rəhbəri Vahid Məcid deyib.

Onun sözlərinə görə, hazırda kiberpolis internetdə yayımlanan materialların, o cümlədən video, xəbər və fotoşəkillərin yalan məlumat olması predmeti üzrə ətraflı monitorinq aparır.

Qeyd edək ki, rəsmi məlumata görə, İranda 139 koronavirusa yoluxma halı qeydə alınıb, 19 nəfər virusdan ölüb.

Son xəbərlər

Orphus sistemi