İranda sərnişin qatarlarının toqquşması nəticəsində 40 nəfər ölüb, 100-ə yaxın insan yaralanıb - YENİLƏNİB-2 - VİDEO

İranda sərnişin qatarlarının toqquşması nəticəsində 40 nəfər ölüb, 100-ə yaxın insan yaralanıb - YENİLƏNİB-2 - VİDEO Semnan əyalətinin qubernatoru Məhəmmdrza Abbas qəzaya uğramış qatarlardan 31 meyitin çıxarıldığını deyib
Region
25 Noyabr , 2016 15:32
İranda sərnişin qatarlarının toqquşması nəticəsində 40 nəfər ölüb, 100-ə yaxın insan yaralanıb - YENİLƏNİB-2 - VİDEO

Bakı. 25 noyabr. REPORT.AZ/ İranda iki sərnişin qatarının toqquşması nəticəsində ölənlərin sayı 40-a çatıb.

“Report” “PressTV”yə istinadən xəbər verir ki, bunu İran Qızıl Aypara Cəmiyyətinin sözçüsü Mustafa Mürtəzəvi bildirib.

Onun sözlərinə görə, qəza nəticəsində yaralananların sayı 100-ə yaxındır. 

Semnan əyalətinin qubernatoru Məhəmmdrza Abbas qəzaya uğramış qatarlardan 31 meyitin çıxarıldığını deyib.

*** 14:30

İranda iki sərnişin qatarının toqquşması nəticəsində ölənlərin sayı 15-ə çatıb.

“Report” “PressTV”yə istinadən xəbər verir ki, bunu İran Qızıl Aypara Cəmiyyətinin sözçüsü Mustafa Mürtəzəvi bildirib.

Onun sözlərinə görə, qəza nəticəsində 72 nəfər yaralanıb.

*** 12:58

İranın şimalında iki sərnişin qatarının toqquşması nəticəsində 5 nəfər ölüb, 11 nəfər yaralanıb.

“Report” “Press TV”-yə istinadən xəbər verir ki, bunu ölkənin Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi Mustafa Mürəzəvi bildirib.

İnformasiyaya görə, hadisə İranın şimalında yerləşən Siman əyalətinin Şahrud şəhərinin Xaf-xan stansiyası yaxınlığında baş verib. 

Həmin bölgəyə çoxlu qar yağdığından yollar bağlanıb və hadisə yerinə xilasedciilərin yetişməsində problemlər yaranıb.

Ölən və yaralananların sayının artacağı istisna edilmir. 

Son xəbərlər

Orphus sistemi