İranda daha bir siyasətçi koronavirusdan öldü

İranda daha bir siyasətçi koronavirusdan öldü İran Məsləhət Şurasının üzvü Seyid Məhəmməd Mirməhəmmədi koronavirusdan ölüb.
Region
1769
2 Mart , 2020 13:23
İranda daha bir siyasətçi koronavirusdan öldü

İran Məsləhət Şurasının üzvü Seyid Məhəmməd Mirməhəmmədi koronavirusdan ölüb.

"Report" IRNA-ya istinadən xəbər verir ki, 72 yaşlı siyasətçi ötən gün Tehranda müalicə aldığı Məsih Daneşvari xəstəxanasında dünyasını dəyişib.

M.Mirməhəmmədi İran parlamentinin altıncı və yeddinci çağırışlarında Qum şəhərinin deputatı olub, 2018-ci ildə isə İran Məsləhət Şurasının üzvü təyin edilib.  

Qeyd edək ki, bundan əvvəl İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi da koronavirusdan ölüb.

Xatırladaq ki, İranda rəsmi məlumata görə koronavirusdan ölənlərin sayı 54 nəfərə çatıb. İnfeksiya daşıyıcılarının sayı isə 987 nəfərdir.

Ölkənin səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar və 5 deputatsabiq ədliyyə naziri Mustafa Purməhəmmədi də koronavirusa yoluxub. 

Son xəbərlər

Orphus sistemi