Son sutka ərzində İranda 139 nəfər koronavirusdan ölüb.
“Report” “Ahaber”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, martın 28-nə olan məlumata əsasən, bu infeksiyadan 2 min 517 nəfər ölüb, 35 min 408 nəfər isə yoluxub.
Qeyd edək ki, dünənədək İranda koronavirus qurbanlarının sayı 2 378 nəfər idi.