İran XİN başçısı Qətərə gedib

İran XİN başçısı Qətərə gedib Görüşdə ikitərəfli münasibətlərə və bölgədəki son hadisələrə dair məsələlərin müzakirə ediləcəyi gözlənilir
Region
3 Oktyabr , 2017 10:22
İran XİN başçısı Qətərə gedib
AFP 2017/ Atta Kenare

Bakı. 3 oktyabr. REPORT.AZ/ İranın xarici işlər naziri Məhəmmədcavad Zərif Qətərə gedib. 

“Report” İran KİV-inə istinadən xəbər verir ki, o, ölkə paytaxtı Dohada Qətər əmiri Tamim bin-Hamad əl-Sani və əmirliyin xarici işlər naziri Məhəmməd bin-Abdurrahman əl-Sani ilə görüşəcək.

Görüşdə ikitərəfli münasibətlərə və bölgədəki son hadisələrə dair məsələlərin müzakirə ediləcəyi gözlənilir.

Məumata görə, oktyabrın 2-də M.Zərif Oman paytaxtı Maksatda bu ölkənin xarici işlər naziri Yusuf bin-Ələvi ilə görüşərək, qarşlıqlı əməkdaşlığa dair məsələləri müzakirə edib.

Son xəbərlər

Orphus sistemi