Mayın 8-də Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla iranlı həmkarı Məhəmməd Cavad Zərif Suriya və Venesueladakı vəziyyətlə, həmçinin İranın nüvə proqramına dair Müştərək Əhatəli Planla bağlı danışıqlar aparacaqlar.
“Report” Rusiya XİN-in məlumatına istinadən xəbər verir ki, iki ölkə arasındakı münasibətlərin mövcud vəziyyəti və perspektivlərinin müzakirə olunacağı görüş zamanı tərəflər həmçinin Xəzər regionu,
Məlumatda həmçinin Müştərək Əhatəli Plana sadiq qalaraq ABŞ-ın qanunsuz sanksiyalarını tanımayan İranın təmkinli mövqeyinin Rusiya tərəfindən dəstəkləndiyi bildirilir: "İran nüvə proqramının sırf dinc xarakter daşıdığı Beynəlxalq Nüvə Enerjisi Agentliyi tərəfindən mütəmadi olaraq təsdiqləndiyinə baxmayaraq, ABŞ tərəfindən enerji bazarı da daxil olmaqla dünya bazarlarında bu cür haqsız rəqabət üsulu həyata keçirilir".