Bakı. 25 avqust. REPORT.AZ/ İran Ərak şəhərində yerləşən ağır su reaktorunun yenidənqurulması üzrə layihə 2022-ci ilədək başa çatacaq.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu İranın Atom Enerjisi üzrə Təşkilatı sədrinin müavini Bəhruz Kamalvəndi bildirib.
Onun sözlərinə görə, yeni layihə "Xəndab" adlanır: “Onun 2022-ci ilədək başa çatması üçün işlər qrafikə uyğun aparılır”.
Qeyd edək ki, bu ilin aprelində Çinlə İran arasında Ərakdakı ağır su rekatorununu yenidənqurulması ilə bağlı ilk kommersiya müqaviləsi bağlanıb.