Bakı. 25 dekabr. REPORT.AZ/ İran prezidenti Həsən Ruhani Roma Papası I Fransiskə İsa peyğəmbərin doğum günü münasibətilə göndərdiyi məktubda katolik aləmi və xristian dünyası liderlərini təbrik edib.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, İran prezidentinin internet saytında yerləşdirilən təbrikdə dünyada sülhün, təhlükəsizliyin və rifahın genişlənməsi üçün iş birliyinin, qarşılıqlı rəğbətin vacibliyi vurğulanıb.
O, həmin dövlətlərin xalqlarını 2015-ci il münasibətilə təbrik edərək, onlara bərəkətlı günlər, xoşbəxtlik və sağlamlıq arzulayıb.