İran PKK-nın Suriyadakı mövqelərini vurub

İran PKK-nın Suriyadakı mövqelərini vurub Bakı. 15 fevral. REPORT.AZ/ Bəşşar Əsəd tərəfindən döyüşən İran qüvvələri Suriyanın Deyr əz-Zor bölgəsində terrorçu PKK-nın YPG və PYD adlı qollarının mövqelərinə zərbə endirib.
Region
15 Fevral , 2018 19:45
İran PKK-nın Suriyadakı mövqelərini vurub

Bakı. 15 fevral. REPORT.AZ/ Bəşşar Əsəd tərəfindən döyüşən İran qüvvələri Suriyanın Deyr əz-Zor bölgəsində terrorçu PKK-nın YPG və PYD adlı qollarının mövqelərinə zərbə endirib.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, İrana aid qüvvələr PYD və YPG-nin işğalı altında olan Deyr əz Zor bölgəsinin Koniko təbii qaz yatağına nəzarət etmək üçün ərazini raket və artilleriya atəşinə tutub.

İrana aid silahlılar bölgənin şimalındakı Haşşam Mırat və Saliyıya bələdiyyələrini vurub.

Məlumata görə, ötən gecə ABŞ-ın döyüş təyyarələri Haşşam Mırata havadan hücum edib. İran qüvvələrinin ehtimal edilən hücumunun qarşısını almaq üçün ABŞ hərbçiləri Koniko qaz emalı zavoduna yerləşdirilib.

Suriyanın ən böyük enerji yataqları Deyr əz-Zorda yerləşir. Orada hazırda 11 neft yatağı istismar olunur. Bu ərazi ötən il ABŞ-ın havadan dəstəyi nəticəsində İŞİD-dən təmizlənərək PYD və YPG terrorçularının əlinə keçib.

Son xəbərlər

Orphus sistemi