Bakı. 9 mart. REPORT.AZ/ İran öz istehsalı olan yeni qanadlı raketini təqdim edib.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, İranın dövlət televiziyasının məlumatına görə, "Sümər" adlandırılan raket Tehranda müdafiə naziri Hüseyn Dehkan və İran İnqilabı Keşikçiləri Korpusunun Hərbi Kosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadənin iştirakı ilə keçirilən mərasimdə nümayiş olunub.
Jurnalistlərin suallarını cavablandıran Dehkan qeyd edib ki, qanadlı raket Müdafiə Nazirliyinin Hava və Kosmik Sənaye Departamenti tərəfindən düzəldilib. O, həmçinin bəyan edib ki, mərasimdə təqdim olunan raket əvvəlkilərlə müqayisədə "hədəfi dəqiq nişan alması" ilə fərqlənir.