Bakı. 15 oktyabr. REPORT.AZ/ İran ilk dəfə olaraq 500 metr dərinlikdə yerləşən yeraltı raket qurğuları bazasını nümayiş etdirib.
"Report" "Mehr" agentliyinə istinadən xəbər verir ki, bununla belə obyektin yerləşdiyi ərazi açıqlanmayıb.
"Mehr"in İran İnqilabı Keşikçiləri Korpusu Aerokosmik Qüvvələrinin briqada generalı Əmir Əli Hacızadəyə istinadən verdiyi məlumata görə, nümayiş etdirilən obyekt ölkədə mövcud olan yeraltı raket bazalarından yalnız biridir.

