İran-İraq sərhədində 5.4 bal gücündə zəlzələ baş verib

Region
  • 11 dekabr, 2017
  • 15:14
İran-İraq sərhədində 5.4 bal gücündə zəlzələ baş verib

Bakı. 11 dekabr. REPORT.AZ/ İran-İraq sərhədində 5.4 bal gücündə zəlzələ baş verib. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, təbii fəlakətin episentri İranın Kirmanşah əyalətinin Ezgele qəsəbəsi olub. 

Dağıntı və tələfat barədə məlumat verilməyib.