İran bankı İran-Ermənistan elektrik xəttinin tikintisinə 83 milyon avro ayırıb

İran bankı İran-Ermənistan elektrik xəttinin tikintisinə 83 milyon avro ayırıb Bu xəttin tikintisinin 24 ay ərzində başa çatdırılması planlaşdırılıb
Region
17 Fevral , 2017 15:46
İran bankı İran-Ermənistan elektrik xəttinin tikintisinə 83 milyon avro ayırıb

Bakı. 17 fevral. REPORT.AZ/ İranın “Saderat” Bankı İran-Ermənistan III elektrik xəttinin tikintisinə 83 milyon avro məbləğində maliyyə vəsaiti ayırıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu layihənin ümumi dəyəri 107 milyon avrodur.

Məlumata görə, onun böyük hissəsini İranın “Saderat” Bankı verəcək.

Xəbərdə bildirilib ki, İran-Ermənistan III elektrik xəttinin tikintisinin 24 ay ərzində başa çatdırılması planlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi