​İnquşetiya başçısı səsverməyə pasportsuz gəlib

Region
  • 13 sentyabr, 2015
  • 12:45
​İnquşetiya başçısı səsverməyə pasportsuz gəlib

Bakı. 13 sentyabr. REPORT.AZ/ İnquşetiya rəhbəri Yunus-Bek Yevkurov Rusiyada yerli orqanlara keçirilən seçkilərdə səsverməyə pasportsuz gəlib.

"Report" TASS-a istinadən xəbər verir ki, o mühafizəçisini şəxsiyyət vəsiqəsinin ardınca göndərməli olub.

"Pasportumu iş kabinəmdə unutmuşam və onsuz mənə səsvermə imkanı vermələrini təkid etmədim", - deyə Yevkurov bildirib.

Respublika rəhbərinin sözlərinə görə, sənədi gəlincəyə qədər çay içib və yerli seçki məntəqəsinin seçiciləri ilə söhbətləşib.