Bakı. 14 aprel. REPORT.AZ/ "Ən böyük xəyalım, Türkiyə ilə Azərbaycanın yeganə dövlət olması idi".
"Report" xəbər verir ki, bu sözləri Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi, ordu generalı İlkər Başbuğ deyib.
O, bu xəyalını Atatürk Universitetində "Milli siyasət, Orta Şərq və Türkiyə" mövzusunda keçirilən konfransda çıxışı zamanı dilə gətirib.
"Mənim ən böyük xəyalım, Türkiyə ilə Azərbaycanın yeganə dövlət olması idi. Məgər deyilmir ki, bir millət, iki dövlət? Tərcüməçi olmadan bir-birimizlə danışırıq. Amma mümkün deyil, imkan verməzlər. Kaş ki, şərtlər uyğun gələrdi", - deyə o bildirib.