İlin əvvəlində Azərbaycandan Gürcüstana gedənlərin sayı artıb

İlin əvvəlində Azərbaycandan Gürcüstana gedənlərin sayı artıb Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Gürcüstana 281 166 nəfər gedib.
Region
15 Aprel , 2020 13:21
İlin əvvəlində Azərbaycandan Gürcüstana gedənlərin sayı artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Gürcüstana 281 166 nəfər gedib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin hesabatında bildirilib.

Yanvar ayında qonşu ölkə Azərbaycandan 155 769, fevralda isə 125 397 nəfər qəbul edib.

İllik müqayisədə Azərbaycandan Gürcüstana yollananların sayı 45 547 nəfər və ya 19,3% artıb.

Qeyd edək ki, martın 14-dən etibarən koronavirus pandemiyasına görə iki ölkə arasında gediş-gəliş dayandırılıb. 

Son xəbərlər

Orphus sistemi