Bakı. 27 avqust. REPORT.AZ/ İğdır-Naxçıvan avtomobil yolu ilə Dilucu sərhəd-keçid məntəqəsi arasında yerləşən Taşburun kəndi yaxınlığında PKK terrorçuları polisə hücum edib.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə İğdır əyalətinin Qaraqoyunlu rayonunda baş verib. İğdırdan Dilucuna mikroavtobusla gedən 6 polis Taşburun yaxınlığında terrorçuların hücumuna məruz qalıb. Nəticədə bir polis yaralanıb. Asayiş keşikçilərinin cavab atəşindən sonra terrorçular hadisə yerindən qaçıb.
Onların tutulması üçün bölgədə genişmiqyaslı əməliyyat keçirilib.
Yaralı polis xəstəxanaya yerləşdirilib.