Hulusi Akar Almaniyanın müdafiə naziri ilə görüşüb

Hulusi Akar Almaniyanın müdafiə naziri ilə görüşüb Almaniyanın paytaxtı Berlində rəsmi səfərdə olan Türkiyənin milli müdafiə naziri Hulusi Akar bu ölkənin müdafiə naziri Anneqret Kramp Karrenbauer ilə görüşüb.
Region
2 Fevral , 2021 17:55
Hulusi Akar Almaniyanın müdafiə naziri ilə görüşüb

Almaniyanın paytaxtı Berlində rəsmi səfərdə olan Türkiyənin milli müdafiə naziri Hulusi Akar bu ölkənin müdafiə naziri Anneqret Kramp Karrenbauer ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Göstərilən qonaqpərvərliyə görə H.Akar almaniyalı həmkarına təşəkkürünü bildirib:

“Möhtərəm nazir ilə çox səmimi, konstruktiv müzakirələrimiz oldu. Həm iki ölkə, həm də NATO və Avropa İttifaqı çərçivəsində təhlükəsizlik və müdafiə mövzuları başda olmaqla bir çox məsələni müzakirə etmək fürsəti qazandıq”, - nazir bildirib.

Anneqret Kramp Karrenbauer də görüşün məhsuldar keçdiyini vurğulayıb: “NATO çərçivəsində son dərəcə önəmli görüş keçirdik. Əlbəttə ki, tənqidi şəkildə diqqətə aldığımız xüsuslar da oldu... Xüsusilə həmkarımla burada şəxsən Berlində görüşə bilməyimdən çox sevindiyimi bir daha qeyd etmək istəyirəm”.

H.Akar Müdafiə Nazirliyini ziyarət etmədən öncə Türkiyənin Almaniyadakı səfirliyinə gedərək səfir Ali Kemal Aydından görülən işlərlə bağlı məlumat alıb.

Son xəbərlər

Orphus sistemi