Hərbi Komitə sədri: “NATO Şərqi Avropada hərbi mövcudluğunu genişləndirəcək”

Hərbi Komitə sədri: “NATO Şərqi Avropada hərbi mövcudluğunu genişləndirəcək” Hərbi Komitə sədri: “NATO Şərqi Avropada hərbi mövcudluğunu genişləndirəcək”
Region
134
4 May , 2022 13:54
Hərbi Komitə sədri: “NATO Şərqi Avropada hərbi mövcudluğunu genişləndirəcək”

NATO Şərqi Avropada hərbi mövcudluğunu genişləndirməmək haqqında Rusiya ilə 1997-ci ildə imzaladığı akta əməl etməyəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu NATO Hərbi Komitəsinin sədri Rob Bauer bildirib.

“NATO-Rusiya aktı hələ də mövcuddur. Ancaq onun məzmunu bizi planlarımızı həyata keçirməkdən çəkindirməyəcək. Razılaşma tərəfimizdən lazımi hərəkətlərə mane olmayacaq”, - R.Baur söyləyib.

O bildirib ki, son aylarda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovla əlaqə saxlamaq istəyib, lakin bu cəhdləri uğursuzluqla nəticələnib.

Qeyd edək ki, Rusiya NATO Təsis aktı 1997-ci ildə imzalanıb. Həmin akt əsasən, tərəflər bir-birilərinin sərhədləri yaxınlığında hərbi qüvvə yerləşdirməyi dayandırırlar. 2021-ci ilin dekabrında Rusiya ABŞ, NATO və Avropa İttifaqına bu razılaşma əsasında təhlükəsizliyə təminata dair məktub ünvanlanmışdı. Bu ilin yanvarında qarşı tərəflər rəsmi Moskvaya cavab olaraq Ukraynadakı vəziyyətlə əlaqədar güzəştə getməyəcəklərini bildirmişdi.

Son xəbərlər

Orphus sistemi