Hərbi administrasiya: “Ukrayna hərbçiləri Luqansk istiqamətində irəliləməyə davam edir"

Hərbi administrasiya: “Ukrayna hərbçiləri Luqansk istiqamətində irəliləməyə davam edir" “Ukrayna hərbçiləri Luqansk istiqamətində irəliləməyə davam edir”.
Region
3 Dekabr , 2022 15:20
Hərbi administrasiya: “Ukrayna hərbçiləri Luqansk istiqamətində irəliləməyə davam edir

“Ukrayna hərbçiləri Luqansk istiqamətində irəliləməyə davam edir”.

“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Luqansk hərbi administrasiyasının rəhbəri Sergey Qayday deyib.

O bildirib ki, rusların ciddi müdafiəsinə baxmayaraq, irəliyə doğru hərəkət edilir: “Demək olar ki, hər metr uğrunda döyüşlər gedir. Amma böyük irəliləyişlərin olduğunu demək olmaz”.

"Ruslar kifayət qədər ciddi hazırlaşa biliblər. Əraziyə daha çox tikinti materialları, texnika və yeni səfərbər olunanlar gətirilir. Buna baxmayaraq, Ukrayna Silahlı Qüvvələri yavaş-yavaş irəliləyir”, - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi