Gürcüstanın yeni mədəniyyət və idman naziri təyin edilib

Region
  • 18 oktyabr, 2024
  • 10:53
Gürcüstanın yeni mədəniyyət və idman naziri təyin edilib

Gürcüstanın yeni mədəniyyət və idman naziri Tika Ruxadze təyin edilib.

"Report"un yerli bürosu xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumət administrasiyasında keçirilən brifinqdə yeni naziri təqdim edib.

Qeyd edək ki, indiyə qədər T.Ruxadze Milli Sarayın direktoru vəzifəsində çalışıb.

25 sentyabrda Tea Tsulukianinin bu vəzifədən ayrılmasından sonra nazir yeri boş qalmışdı.

Son xəbərlər

Bütün Xəbər Lenti