Gürcüstanın sürtkü yağları idxalının 12,3%-i Azərbaycanın payına düşüb

Gürcüstanın sürtkü yağları idxalının 12,3%-i Azərbaycanın payına düşüb Bu ilin may ayında Gürcüstan 1,06 min ton sürtkü yağları idxal edib.
Region
10 İyun , 2020 12:13
Gürcüstanın sürtkü yağları idxalının 12,3%-i Azərbaycanın payına düşüb

Bu ilin may ayında Gürcüstan 1,06 min ton sürtkü yağları idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Neft Məhsulları İdxalçıları Birliyindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,29 min ton və yaxud 37,7% çoxdur. 

May ayında qonşu ölkənin əsas sürtkü yağları tədarükçüsü İran (0,26 min ton) olub.

Hesabat ayında Gürcüstan Azərbaycandan 0,13 min ton sürtkü yağları idxal edib ki, bu da ümumi idxalın 12,3%-nə bərabər olub.

Yanvar-may aylarında isə qonşu ölkə 6,07 min ton sürtkü yağları tədarük edib. Bu, ötən ilin eyni göstəricisindən 19,7% azdır. 

Son xəbərlər

Orphus sistemi