Gürcüstanın müxalif partiya sədri azadlığa buraxıla bilər

Gürcüstanın müxalif partiya sədri azadlığa buraxıla bilər Bu barədə prokuror Amiran Quluaşvili keçirdiyi brifinqdə məlumat verib
Region
25 Fevral , 2021 18:36
Gürcüstanın müxalif partiya sədri azadlığa buraxıla bilər
Nika Meliya

Gürcüstanın Baş Prokurorluğu müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Nika Meliya ilə bağlı həbs qətimkan tədbirinin girovla əvəzlənməsi üçün Tbilisi Şəhər Məhkəməsinə müraciət etməyə hazırdır.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə prokuror Amiran Quluaşvili keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, bunun üçün müdafiə tərəfi 3 noyabr 2020-ci il tarixli məhkəmə qərarı ilə təyin edilmiş girov şərtlərini yerinə yetirməlidir.

Qeyd edək ki, fevralın 23-də VMHP sədrinin həbsindən sonra qonşu ölkədə siyasi böhran yaranıb. N.Meliyanın ödəməli olduğu girovun məbləği 70 min lari təşkil edir.

Son xəbərlər

Orphus sistemi