Gürcüstanın keçmiş səfiri: "Qarabağ münaqişəsinin həlli region üçün yeni imkanlar açacaq"

Gürcüstanın keçmiş səfiri: "Qarabağ münaqişəsinin həlli region üçün yeni imkanlar açacaq" "Azərbaycan-Ermənistan münaqişəsinin həlli region üçün yeni imkanlar açacaq"
Region
24 Fevral , 2021 16:27
Gürcüstanın keçmiş səfiri: Qarabağ münaqişəsinin həlli region üçün yeni imkanlar açacaq
Zurab Qumberidze
"26 fevral tarixinin Azərbaycan üçün nə qədər ağrı-acılı gün olduğunu bilirəm".
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Azərbaycanda 1997-2007-ci illərdə səfiri olan Zurab Qumberidze Tbilisidə Xocalı faciəsinə həsr olunan anım mərasimində çıxışında deyib.
O, Xocalı faciəsinin qurbanlarının xatirəsini ehtiramla yad etdiyini qeyd edib: "Şadam ki, münaqişənin həllinə nail olundu. Azərbaycanı ərazi bütövlüyünü bərpa etməsi münasibətilə tədrik edirəm".
Z.Qumberidzenin sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyev bölgədə sülhə nail olunması üçün böyük səylər göstərir: "Azərbaycan-Ermənistan münaqişəsinin həlli region üçün yeni imkanlar açacaq".

Son xəbərlər

Orphus sistemi