Gürcüstanın dövlət naziri azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik etdi

Gürcüstanın dövlət naziri azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik etdi Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili ölkənin müsəlman vətəndaşlarını Novruz bayramı münasibətilə təbrik edib.
Region
226
21 Mart , 2020 10:34
Gürcüstanın dövlət naziri azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik etdi

Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili ölkənin müsəlman vətəndaşlarını Novruz bayramı münasibətilə təbrik edib.

“Report”un yerli bürosu xəbər verir ki, o, Gürcüstanın etnik, dini və mədəni müxtəlifliyini ölkənin əsas nailiyyəti adlandırıb.

K. Tsixelaşvili bu müxtəlifliyin qorunub saxlanılması və möhkəmləndirilməsinin önəmini vurğulayıb: “Bu gün koronavirusun bütün dünyaya yayılması təhlükəsi olduğu bir çətin dövrdə sizin hamınıza möhkəm cansağlığı arzu edirəm. İnanırıq ki, biz bu problemin öhdəsindən birgə səylər və həmrəyliklə gələcəyik. Qoy, bu gün vətənimizə və hamımıza sülh, əmin-amanlıq və sevinc gətirsin”.

Son xəbərlər

Orphus sistemi