Gürcüstanın Borjomi bölgəsində yanğın lokallaşdırılıb

Gürcüstanın Borjomi bölgəsində yanğın lokallaşdırılıb Gürcüstan və Türkiyənin iki, Azərbaycanın bir helikopteri Tsaqveri kurort qəsəbəsi yaxınlığındakı yanğını söndürməyə başlayıb
Region
25 Sentyabr , 2017 13:27
Gürcüstanın Borjomi bölgəsində yanğın lokallaşdırılıb

Bakı. 25 sentyabr. REPORT.AZ/ Gürcüstan və Türkiyənin iki, Azərbaycanın bir helikopteri bu gün Borjomi bölgəsində yerləşən Tsaqveri kurort qəsəbəsi yaxınlığındakı meşə yanğınını söndürməyə başlayıb. 

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, sentyabrın 22-də gündüz saatlarından meşə massivində başlayan yanğının çıxmasına brakonyerlik səbəb ola bilər. Hazırda yanğın 4 hektardan çox meşə massivini məhv edib.

Yanğının söndürülməsi prosesinə 250 yanğınsöndürən-xilasedici, eləcə də Gürcüstan Daxili İşlər Nazirliyinin Xüsusi İşlər Departamentinin 300 əməkdaşı və Milli Meşə Agentliyinin əməkdaşları cəlb olunub. Canlı qüvvə ilə birlikdə xüsusi texnika da səfərbər olunub: 18 yanğınsöndürmə maşını və 20-dək yüksəklik keçmə qabiliyyətli texnika.

Gürcüstanın regional inkişaf və infrastruktur naziri Zurab Alavidze deyib ki, hazırda yanğın ocaqları yoxdur və yanğın nəzarət altına alınıb.

Son xəbərlər

Orphus sistemi