Gürcüstanın baş naziri Vladimir Putinin qərarına münasibət bildirib

Gürcüstanın baş naziri Vladimir Putinin qərarına münasibət bildirib Gürcüstanın baş naziri Mamuka Baxtadze Rusiya prezidenti Vladimir Putinin Gürcüstana sanksiyalar tətbiq etməməklə bağlı qərarına münasibət bildirib.
Region
9 İyul , 2019 21:03
Gürcüstanın baş naziri Vladimir Putinin qərarına münasibət bildirib

Gürcüstanın baş naziri Mamuka Baxtadze Rusiya prezidenti Vladimir Putinin Gürcüstana sanksiyalar tətbiq etməməklə bağlı qərarına münasibət bildirib.

"Report"un yerli bürosu xəbər verir ki, hökumət başçısı deyib ki, xalqlar arasında münasibətlərdə heç bir maneə olmamalıdır.

M.Baxtadzenin sözlərinə görə, xalqlar arasında əlaqələr böyük əhəmiyyətə malikdir və son illər bu istiqamətdə irəliləyiş əldə olunub.

Baş nazir qeyd edib ki, Gürcüstan cəmiyyətinin qütbləşməsinə cəhdlər qəbuledilməzdir.

M.Baxtadzenin sözlərinə görə, heç kəsə Gürcüstanı həm daxili, həm də xarici siyasətin aqressiv gündəliyinin əsirinə çevirməyə imkan verilməyəcək.

Son xəbərlər

Orphus sistemi