Gürcüstanın baş naziri Ukrayna ilə münasibətlərin gələcəyindən danışıb

Gürcüstanın baş naziri Ukrayna ilə münasibətlərin gələcəyindən danışıb “Ukraynadakı səfirimizi geri çağıracağıq, lakin bu, diplomatik münasibətlər və ya strateji tərəfdaşlığı sual altına qoyacağımız demək deyil”.
Region
9 May , 2020 10:16
Gürcüstanın baş naziri Ukrayna ilə münasibətlərin gələcəyindən danışıb

“Ukraynadakı səfirimizi geri çağıracağıq, lakin bu, diplomatik münasibətlər və ya strateji tərəfdaşlığı sual altına qoyacağımız demək deyil”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxaria jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, məsuliyyətsiz siyasətçilərə görə Gürcüstan Ukrayna ilə tərəfdaşlığı şübhə altına almayacaq: “Gürcüstan və Ukrayna yalnız strateji tərəfdaşlar deyil, hər iki xalq arasında çoxillik dostluq tarixi var. Səfirimiz yalnız Ukrayna ilə münasibətlərimizi avanturistlərdən necə qorumaqla bağlı məsləhətləşmələrə çağırılacaq”.

Son xəbərlər

Orphus sistemi