Bakı. 19 may. REPORT.AZ/ "Gürcüstan Rusiya ilə münasibətlərin normallaşdırılması prosesini davam etdirmək niyyətindədir".
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili Avstriyada Gürcüstan-Avstriya Forumundakı çıxışında bildirib.
"Biz Rusiya ilə mürəkkəb normallaşdırılma prosesini kostruktiv şəkildə aparırıq", - o, vurğulayıb.
Baş nazirin sözlərinə görə, iki ölkə arasında iqtisadi münasibətdə irəliləyiş var: "Siyasi münasibətlərin mürəkkəbliyinə baxmayaraq, Gürcüstanın dövlət maraqları çərçivəsində biz Rusiya ilə danışıqları intensivləşdiririk".
Qeyd edək ki, Tbilisidə keçirilən foruma Avstriyanın prezidenti Haynts Fişer, hər iki ölkənin hökumət və aparıcı şirkətlərinin təmsilçiləri qatılıblar.