Gürcüstanın baş naziri Ramazan ayı ilə bağlı sualı cavablandırıb

Gürcüstanın baş naziri Ramazan ayı ilə bağlı sualı cavablandırıb Gürcüstanın baş naziri Giorgi Qaxariaya bu gün keçirdiyi brifinqdə Ramazan ayı ilə bağlı sual ünvanlanıb.
Region
14 Aprel , 2020 18:55
Gürcüstanın baş naziri Ramazan ayı ilə bağlı sualı cavablandırıb

Gürcüstanın baş naziri Giorgi Qaxariaya bu gün keçirdiyi brifinqdə Ramazan ayı ilə bağlı sual ünvanlanıb.

“Report”un yerli bürosu xəbər verir ki, jurnalistlərdən biri hökumət başçısına yaxın günlərdə Ramazan ayının başlayacağını xatırladıb.

Mətbuat nümayəndəsi deyib ki, bu ayda ölkə müsəlmanları məscidlərdə namaz qılmaq istəyə bilərlər, belə ki, kilsələrdə xristianlar dini ibadətlərini yerinə yetirirlər. Jurnalist ölkədəki bütün dini məkanlara eyni səviyyədə nəzarətin olub-olmayacağını soruşub.

G.Qaxaria cavabında bildirib ki, bu məsələdə yanaşma eyni olacaq: “Dövlətin əsas vəzifəsi vətəndaşlarını və həmçinin onların sağlamlıqlarını qorumaqdır. Qanun hamı üçün eyni olmalıdır. Digər tərəfdən, kilsə bağlana bilməz. Axı biz pravoslav dövlətiyik. Vətəndaşları evdə qalmağa və kilsəni çətin vəziyyətə qoymamağa çağırıram. Əminəm, müdrik vətəndaş anlayacaq ki, qanunu pozmaq olmaz. Həm dövlət, həm də kilsənin çağırışı budur ki, qanun heç bir halda pozulmamalıdır”.

Qeyd edək ki, Gürcüstan hökumətinin qərarı ilə ölkədə aprelin 21-dək elan olunan fövqəladə vəziyyət rejiminin müddəti mayın 10-na qədər uzadılıb.   

Son xəbərlər

Orphus sistemi