Gürcüstanın baş naziri: “NATO-ya üzvlüyə hazırlaşırıq”

Gürcüstanın baş naziri: “NATO-ya üzvlüyə hazırlaşırıq” “Uzun illərdir ki, NATO Gürcüstanın dayanıqlı inkşafında fəal iştirak edir”.
Region
14 İyun , 2021 18:19
Gürcüstanın baş naziri: “NATO-ya üzvlüyə hazırlaşırıq”
İrakli Qaribaşvili

“Uzun illərdir ki, NATO Gürcüstanın dayanıqlı inkşafında fəal iştirak edir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili Brüssel forumunda çıxışında deyib.

O, Gürcüstanın Alyansla əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu bildirib: “Bu, aspirant ölkə kimi bizim üçün çox aktualdır, belə ki, biz NATO-ya üzvlüyə hazırlaşırıq”.

Hökumət başçısı qeyd edib ki, yalnız Gürcüstan deyil, region, Avropa və digər ölkələr yeni təhlükəsizlik təhdidləri ilə üzləşirlər və özlərinə müdafiə üçün vasitələr axtarırlar.

İ.Qaribaşvilinin sözlərinə görə, Qərbin hətta ən güclü demokratik ölkələri yeni çağırışların öhdəsindən gələ bilmirlər: “Gürcüstan çətin dövrlərdə inanılmaz dayanıqlıq nümayiş etdirdi. Demokratik institutların möhkəmləndirilməsi, iqtisadi inkişaf və modernləşdirilməyə dəstək xarici təhdidlərə daha dayanıqlı olmağımız üçün göstərdiyimiz ən vacib səylərimizdəndir”.

Son xəbərlər

Orphus sistemi