Gürcüstanın Baş naziri: Müsəlman qardaşlarımız, bu gün sizinlə olmaqdan şadam

Gürcüstanın Baş naziri: Müsəlman qardaşlarımız, bu gün sizinlə olmaqdan şadam Gürcüstanın Baş naziri ölkədə yaşayan müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib.
Region
10 Aprel , 2024 19:43
Gürcüstanın Baş naziri: Müsəlman qardaşlarımız, bu gün sizinlə olmaqdan şadam
İrakli Kobaxidze

Gürcüstanın Baş naziri ölkədə yaşayan müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib.

"Report"un yerli bürosu xəbər verir ki, Baş nazir bununla bağlı feysbukdakı hesabında paylaşım edib.

"Müsəlman qardaşlarımız, bu gün sizinlə olmaqdan şadam. Özəl şəkildə qeyd etdiyiniz əzəmətli inanc bayramınız münasibətilə sizi təbrik edirəm. Biz gürcü xristianları ilə müsəlmanlar arasında inkişaf edən çoxəsrlik tarixi əlaqələrimizlə fəxr edirik. Gürcüstanda yaşayan, sizin unikal mədəniyyətiniz bizim mədəniyyətimizin ayrılmaz hissəsidir”, - İrakli Kobaxidze bildirib.

Son xəbərlər

Orphus sistemi