Baş nazir: “Özümüzü mühüm Orta Dəhliz ölkəsi, təhlükəsiz və etibarlı dövlət hesab edirik”

Baş nazir: “Özümüzü mühüm Orta Dəhliz ölkəsi, təhlükəsiz və etibarlı dövlət hesab edirik” Asiya İnkişaf Bankının (ADB) 57-ci illik toplantısı çərçivəsində keçirilən Rəhbərlər Şurasının sessiyasının əsas şüarı iqtisadi inkişaf, beynəlxalq əməkdaşlıq və gələcək planlar üçün platforma təklif edən “Gələcəyə körpü”dür.
İnfrastruktur
4 May , 2024 11:40
Baş nazir: “Özümüzü mühüm Orta Dəhliz ölkəsi, təhlükəsiz və etibarlı dövlət hesab edirik”

Asiya İnkişaf Bankının (ADB) 57-ci illik toplantısı çərçivəsində keçirilən Rəhbərlər Şurasının sessiyasının əsas şüarı iqtisadi inkişaf, beynəlxalq əməkdaşlıq və gələcək planlar üçün platforma təklif edən “Gələcəyə körpü”dür.

"Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze sessiyada çıxışı zamanı deyib.

“Eyni zamanda, bu ifadə iqtisadi cəhətdən güclü gələcək yaratmaq üçün atdığımız hər bir addımı əks etdirir. Bizim yerləşdiyimiz unikal məkan bizə Avropanın bir hissəsi və İpək Yolunun əsas ölkələrindən biri olmağa imkan verir. Özümüzü mühüm Orta Dəhliz ölkəsi, təhlükəsiz və etibarlı alternativ bir dövlət kimi hesab edirik”, - İ.Kobaxidze bildirib.

Bundan əlavə, Baş nazir vurğulayıb ki, Gürcüstan Asiya investisiyalarını dəstəkləməyə davam edəcək.

O qeyd edib ki, Gürcüstanın əsas prioriteti qarşılıqlı əlaqədir və ölkə regional haba sərmayə qoymağa davam edir: “Alternativ marşrutlar çox vacibdir. Məqsədimiz və vəzifəmiz ölkənin potensialından tam istifadə etmək üçün daha da güclənməkdir. Bununla da regionda güclü iqtisadi nəqliyyat, logistika və elektrik habına çevrilə bilərik”.

Son xəbərlər

Orphus sistemi