Gürcüstanın Baş naziri ATƏT-in ali komissarı ilə milli azlıqların inteqrasiyasını müzakirə edib

Gürcüstanın Baş naziri ATƏT-in ali komissarı ilə milli azlıqların inteqrasiyasını müzakirə edib “Gürcüstan vətəndaş bərabərliyi və inteqrasiya siyasətinin effektiv həyata keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyi çoxmillətli ölkədir”.
Region
13 Aprel , 2022 11:52
Gürcüstanın Baş naziri ATƏT-in ali komissarı ilə milli azlıqların inteqrasiyasını müzakirə edib

“Gürcüstan vətəndaş bərabərliyi və inteqrasiya siyasətinin effektiv həyata keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyi çoxmillətli ölkədir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ATƏT-in milli azlıqlar üzrə ali komissarı Kayrat Abdrahmanovla görüşdə deyib.

Onun sözlərinə görə, etnik, dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlar üçün bərabər imkanların yaradılmasına istiqamətlənmiş vətəndaş bərabərliyi və inteqrasiya üzrə dövlət strategiyası və müvafiq fəaliyyət planı Ali Komissarlığın fəal iştirakı ilə hazırlanıb.

İ.Qaribaşvili qeyd edib ki, Gürcüstan insan haqları sahəsində yüksək beynəlxalq standartların və qabaqcıl beynəlxalq təcrübələrin tətbiqinə sadiqdir. O, Gürcüstanda demokratik təsisatların möhkəmləndirilməsi prosesində fəal iştirakına görə Ali Komissarlığa təşəkkür edib.

Görüşdə ana dilində keyfiyyətli təhsili təmin edən təhsil sektorunun Gürcüstan və Ali Komissarlıq arasında uğurlu əməkdaşlığın bariz nümunəsi olduğu vurğulanıb.

Söhbət zamanı ATƏT-in Gürcüstanda münaqişələrin dinc yolla həlli prosesindəki dəyərli rolu, Ali Komissarlıq və Gürcüstan arasında əməkdaşlığın fəal dinamikası qeyd edilib. Tərəflər Ukraynada davam edən hərbi əməliyyatlara da toxunublar.

Son xəbərlər

Orphus sistemi