Gürcüstan Səfirliyi Kəlbəcərdə həlak olanlarla bağlı başsağlığı verib  

Gürcüstan Səfirliyi Kəlbəcərdə həlak olanlarla bağlı başsağlığı verib   Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyi iyunun 4-də Kəlbəcər rayonunda baş vermiş faciə ilə əlaqədar başsağlığı verib.
Region
5 İyun , 2021 00:24
Gürcüstan Səfirliyi Kəlbəcərdə həlak olanlarla bağlı başsağlığı verib  

Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyi iyunun 4-də Kəlbəcər rayonunda baş vermiş faciə ilə əlaqədar başsağlığı verib.

“Report” xəbər verir ki, başsağlığıda hadisə zamanı Azərbaycan mediasının iki nümayəndəsinin və Kəlbəcər rayonunun kəndlərindən birinin icra nümayəndəsinin həlak olması vurğulanır.

“Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyi 4 iyun tarixində Kəlbəcər rayonunda baş vermiş faciə ilə əlaqədar başsağlığı verir. Hadisə zamanı Azərbaycan mediasının iki üzvü və Kəlbəcər rayonunun kəndlərindən birinin icra hakimiyyəti başçısının müavini həlak oldular. Azərbaycanın hər üç vətəndaşı tank əleyhinə partlaması nəticəsində öldülər. Gürcüstan səfirliyi ölənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir”, - səfirlikdən bildirilib.

Son xəbərlər

Orphus sistemi