Gürcüstanda yeni vətəndaş hərəkatı yaradılıb

Gürcüstanda yeni vətəndaş hərəkatı yaradılıb Tbilisi. 7 dekabr. REPORT.AZ/ Tbilisidə yeni “Gürcüstanın vətəndaş hərəkatı” təşkilatının təqdimatı keçirilib.
Region
7 Dekabr , 2018 12:55
Gürcüstanda yeni vətəndaş hərəkatı yaradılıb
0 : 00
0 : 00

Tbilisi. 7 dekabr. REPORT.AZ/ Tbilisidə yeni “Gürcüstanın vətəndaş hərəkatı” təşkilatının təqdimatı keçirilib.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, hərəkatı Tbilisi Şəhər Şurasının keçmiş deputatı və paytaxt meri postuna keçmiş müstəqil namizəd Aleko Elisaşvili təsis edib.

O bildirib ki, hazırkı mərhələdə hərəkat siyasi təşkilat olmayacaq: “Lakin təşkilatın gələcəkdə partiyaya çevriləcəyi istisna olunmur. Biz hər hansı bir siyasi hərəkatla birləşməyi planlaşdırmırıq. “Gürcüstanın vətəndaş hərəkatı” siyasi təşkilat olsa, o, ən güclü təşkilat olacaq”.

Yeni hərəkata Avropa Demokratiyaya Dəstək Fondu maliyyə dəstəyi verir. Təşkilatın əsas priortitet fəaliyyət istiqamətləri sağlamlıq, təhsil və şəhərin inkişaf tendensiyaları olacaq. 

Son xəbərlər

Orphus sistemi