Gürcüstanın Tuşeti bölgəsində turistlərin olduğu avtomobilin dərəyə aşması nəticəsində 1 nəfər ölüb.
"Report"un yerli bürosu xəbər verir ki, qəza nəticəsində daha 1 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı şəxs xəstəxanaya çatdırılıb.
*** 15:06
Gürcüstanın Tuşeti bölgəsində - Pşaveli-Abano yolunda yol qəzası baş verib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, turistlərin olduğu avtomobil dərəyə aşıb.
Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım maşınları cəlb olunub.
Avtomobildə olan turistlərin sayı bilinmir.
Qəzanın digər detalları hələ məlum deyil.