Gürcüstanda teatr və kinoteatrlar tamaşaçılar üçün açılıb 

Gürcüstanda teatr və kinoteatrlar tamaşaçılar üçün açılıb  Bu gündən Gürcüstanda pandemiya səbəbindən tətbiq olunan bir neçə məhdudiyyət aradan götürülüb
Region
1 Aprel , 2021 08:59
Gürcüstanda teatr və kinoteatrlar tamaşaçılar üçün açılıb 

Bu gündən Gürcüstanda pandemiya səbəbindən tətbiq olunan bir neçə məhdudiyyət aradan götürülüb.

“Report”un yerli bürosu xəbər verir ki, teatr tamaşaları və idman yarışlarının tamaşaçıların iştirakı ilə keçirilməsinə icazə verilib.

Bundan başqa, uşaq əyləncə mərkəzləri və kinoteatrların da fəaliyyəti bərpa olunub.

Qonşu ölkədə saat 21:00-dan 05:00-dək tətbiq edilən komendant saatı, açıq havada və ictimai nəqliyyatda qoruyucu maskadan məcburi istifadə tələbi qüvvədə qalmaqda davam edir.

Son xəbərlər

Orphus sistemi