Gürcüstanda sərhəd polisinə qarşı zorakılıq edən 3 erməni saxlanılıb

Gürcüstanda sərhəd polisinə qarşı zorakılıq edən 3 erməni saxlanılıb Gürcüstanın Axalkalaki rayonunun Kartsaxi kəndində üç yerli sakin saxlanılıb.
Region
29 İyul , 2019 14:18
Gürcüstanda sərhəd polisinə qarşı zorakılıq edən 3 erməni saxlanılıb

Gürcüstanın Axalkalaki rayonunun Kartsaxi kəndində üç yerli sakin saxlanılıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, hadisə ötən gün axşam saatlarında baş verib.

Saxlanılan A.Çobanyan, A.Taqvoryan və K.Karapetyan Sərhəd Polisi əməkdaşlarına qarşı kütləvi zorakılıqda ittiham olunular.

Kartsaxi sakinləri həmkəndlilərinin saxlanılmasına etiraz olaraq Türkiyə-Axalkalaki yolunu bağlayıblar. Bir saata yaxın dövlət yolunu bağlı saxlayan etirazçılar həmkəndlilərinin saxlanılması səbəbinin açıqlanmasını tələb ediblər.

Saxlanılan şəxsləri 4 ildən 7 ilədək müddətə həbs cəzası gözləyir.

Son xəbərlər

Orphus sistemi