Gürcüstanda seçkiöncəsi kampaniya başlayıb

Gürcüstanda seçkiöncəsi kampaniya başlayıb Bu gündən Gürcüstanda parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasına rəsmən start verilib.
Region
1 Sentyabr , 2020 12:05
Gürcüstanda seçkiöncəsi kampaniya başlayıb

Bu gündən Gürcüstanda parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasına rəsmən start verilib.

“Report”un yerli bürosu xəbər verir ki, kampaniya 60 gün ərzində davam edəcək.

Gürcü Arzusu Partiyasının icraçı katibi İrakli Kobaxidze bildirib ki, hakim partiya  seçkilərin azad, ədalətli və sakit mühitdə keçirilməsi üçün əlindən gələni edəcək.

O, digər siyasi partiyaları seçkiqabağı kampaniya dövründə yüksək məsuliyyət nümayiş etdirməyə çağırıb.

Qeyd edək ki, qonşu ölkədə parlamentə seçkilər oktyabrın 31-də baş tutacaq. Bu günə qədər seçkilərdə iştirak etmək üçün parlamentdə təmsil olunmayan 59 partiya qeydiyyatdan keçib.

 

Son xəbərlər

Orphus sistemi