Gürcüstanda qrip virusu yayılıb

Gürcüstanda qrip virusu yayılıb Tbilisi. 11 dekabr. REPORT.AZ/ Gürcüstanda qrip virusunun yayılması laborator şəraitdə artıq təsdiq olunub.
Region
2657
11 Dekabr , 2018 17:23
Gürcüstanda qrip virusu yayılıb
0 : 00
0 : 00

Tbilisi. 11 dekabr. REPORT.AZ/ Gürcüstanda qrip virusunun yayılması laborator şəraitdə artıq təsdiq olunub.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

O deyib ki, laborator müayinə zamanı 10 haldan 7-də virus qripi təsdiq olunub: “Lakin həkimlər qriplə bağlı vəziyyətin gələcəkdə kəskinləşməsi üçün hələ əsas görmürlər”.

A.Qamkrelidze ölkə əhalisini qripə qarşı peyvənd olunmağa çağırıb: “Bununla yanaşı, gigiyena normalarına riayət etmək, otağın havasını dəyişdirmək, həmçinin yüksək temperatur olduğu halda, ailənin bütün üzvlərinin həkimə müraciət etməsi lazımdır”.

Mərkəz rəhbəri bildirib ki, dövlətin dəstəyi ilə qripə qarşı 39 min nəfər, daha 10 min nəfər isə özəl sektorun dəstəyi ilə peyvənd olunub.

Son xəbərlər

Orphus sistemi