Gürcüstanda qapalı məkanlarda maskadan istifadə tələbinin ləğvi gözlənilir

Gürcüstanda qapalı məkanlarda maskadan istifadə tələbinin ləğvi gözlənilir Gürcüstanda qapalı məkanlarda qoruyucu maska taxmaq tələbinin ləğvi müzakirə olunur.
Region
30 Aprel , 2022 17:36
Gürcüstanda qapalı məkanlarda maskadan istifadə tələbinin ləğvi gözlənilir

Gürcüstanda qapalı məkanlarda qoruyucu maska taxmaq tələbinin ləğvi müzakirə olunur.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, tələb yalnız müəyyən qruplara aid şəxslər üçün məcburi olaraq qala bilər: “Bir çox ölkələrdə qapalı məkanlarda maska rejimi yumşaldılıb. Bu məsələ ilə bağlı Səhiyyə Nazirliyi və Dövlət Qurumlarıarası Koordinasiya Şurasında müzakirələr davam etdirilir”.

Qeyd edək ki, Gürcüstanda açıq havada qoruyucu maska taxmaq tələbi martın 28-dən aradan götürülüb. İctimai nəqliyyat, mağaza, məktəb, teatr və digər qapalı məkanlarda isə maskadan istifadə tələbi qüvvədədir.

Son xəbərlər

Orphus sistemi