Gürcüstanda Pasxa məhdudiyyətlərinin tətbiqi barədə qərar verilib

Gürcüstanda Pasxa məhdudiyyətlərinin tətbiqi barədə qərar verilib Gürcüstanda mayın 3-dən 12-dək ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.
Region
26 Aprel , 2021 16:23
Gürcüstanda Pasxa məhdudiyyətlərinin tətbiqi barədə qərar verilib

Gürcüstanda mayın 3-dən 12-dək ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə qərarı Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurası qəbul edib.

Digər qərarla Pasxa bayramı günlərində qəbiristanlıqların ziyarəti məhdudlaşdırılacaq, məzarlıqlara aparan yollar bağlanacaq. Kilsələrdə bayrama aid dini ayinlərin epidemioloji təhlükəsizlik normalarına uyğun qaydada icrasına nəzarət gücləndiriləcək.

Qeyd edək ki, Gürcüstan miqyasında mayın 4-dən 11-dək tətil olacaq.

Son xəbərlər

Orphus sistemi