Gürcüstanda parlament seçkiləri ilə bağlı sorğunun nəticələri açıqlanıb

Gürcüstanda parlament seçkiləri ilə bağlı sorğunun nəticələri açıqlanıb ABŞ-ın Milli Demokratiya İnstitutunun (NDI) Gürcüstanda keçirdiyi ictimai rəy sorğusunda respondentlər parlament seçkilərində hansı partiyanı dəstəkləyəcəklərini açıqlayıblar.
Region
19 Sentyabr , 2019 11:00
Gürcüstanda parlament seçkiləri ilə bağlı sorğunun nəticələri açıqlanıb

ABŞ-ın Milli Demokratiya İnstitutunun (NDI) Gürcüstanda keçirdiyi ictimai rəy sorğusunda respondentlər parlament seçkilərində hansı partiyanı dəstəkləyəcəklərini açıqlayıblar.

“Report”un yerli bürosu xəbər verir ki, sorğunun nəticələrinə görə seçkilər sabah keçirilsəydi, rəyi soruşulanların 20%-i hakim Gürcü Arzusu Partiyasını dəstəkləyərdi.

Vahid Milli Hərəkat Partiyasına respondetlərin 9%-i, Vətənpərvərlər Alyansı Partiyası və Avropalı Gürcüstan Partiyasının hər birinə 4%-i səs verərdi.

Sorğuda iştirak edənlərin 26%-i suala cavab verməyib.

NDI sorğunu işğal altında olan ərazilər istisna olmaqla bütün Gürcüstan üzrə bu il iyulun 13-dən 29-dək keçirib. Sorğuda 2 131 respondent iştirak edib.

Son xəbərlər

Orphus sistemi