Gürcüstanda pandemiyanın endemiyaya çevrildiyi elan olunub

Gürcüstanda pandemiyanın endemiyaya çevrildiyi elan olunub “Bütün əlamətlər göstərir ki, Gürcüstanda koronavirus pandemik yayılmadan endemik yayılmaya keçir”.
Region
17 Mart , 2022 15:20
Gürcüstanda pandemiyanın endemiyaya çevrildiyi elan olunub

“Bütün əlamətlər göstərir ki, Gürcüstanda koronavirus pandemik yayılmadan endemik yayılmaya keçir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin səhiyyə nazirinin müavini Tamar Qabuniya brifinqdə deyib.

O bildirib ki, Gürcüstanda epidemioloji vəziyyətin sürətli templərlə yaxşılaşdığını təsdiqləyən bütün göstəricilər var:

“Bu, o demək deyil ki, vəziyyət diqqətdə saxlanılmamalıdır. Qoruyucu maskadan imtina etmək hələ olmaz. Hesab edirik ki, infeksiyanın yayılması pandemik deyil, daha lokal olacaq”.

Qeyd edək ki, Gürcüstanda COVID-19-a ilk yoluxma faktı 2020-ci ilin fevralın 26-da qeydə alınıb. Hazırkı dövrədək virusa 1 639 678 nəfər yoluxub ki, onların da 1 564 011-i müalicə olunaraq sağalıb, 16 612-si isə vəfat edib.

Son xəbərlər

Orphus sistemi