Gürcüstanda milli azlıqlar arasında ali və peşə təhsili təşviq olunacaq

Gürcüstanda milli azlıqlar arasında ali və peşə təhsili təşviq olunacaq Gürcüstanda “Milli azlıqların peşə və ali təhsilə əlçatanlığına dəstək” adlı təlim proqramına start verilib.
Region
7 Oktyabr , 2019 16:40
Gürcüstanda milli azlıqlar arasında ali və peşə təhsili təşviq olunacaq

Gürcüstanda “Milli azlıqların peşə və ali təhsilə əlçatanlığına dəstək” adlı təlim proqramına start verilib.

“Report”un yerli bürosu xəbər verir ki, layihə Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi dövlət naziri aparatının dəstəyi ilə həyata keçirilir.

İki gün davam edəcək təlimdə azərbaycanlı, gürcü və erməni gənclərdən ibarət qrup “1+4” proqramı və peşə təhsili üzrə proqramlar barədə məlumatlar əldə edəcəklər.

Gürcüstanın barışıq və vətəndaş bərabərliyi dövlət nazirinin müavini Lia Giqauri bildirib ki, layihə milli azlıqlar arasında ali və peşə təhsili barədə məlumatlılığın artırılmasına yönəlib: “Ötən illərin təcrübəsi göstərir ki, gənclər öz həmyaşıdlarına təhsil almaq imkanları barədə məlumat verəndə, bu çox effektiv olur və müsbət nəticələr verir”.

Təlimi başa vuran gənclər etnik azlıqların yığcam yaşadıqları bölgələrdə ali və ya peşə təhsili almaqda maraqlı olan şəxslər arasında informasiya kampaniyalarında iştirak edəcəklər. Artıq ikinci ildir keçirilən təlim BMT-nin Gürcüstandakı Assosiasiyası və Vətəndaş İnteqrasiyası və Etnikarası Münasibətlər Mərkəzinin dəstəyi ilə reallaşıb.

Son xəbərlər

Orphus sistemi