Gürcüstanın Borjomi rayonunun Likani qəsəbəsində meşə massivi yanır.
“Report” Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar İdarəsindən bildirilib.
Qeyd olunub ki, hələ ki, yanğının əhatə etdiyi sahə məlum deyil.
Bildirilib ki, yanğının söndürülməsi üçün əraziyə sərhəd polis xidmətinin helikopteri cəlb olunub.
Qeyd edək ki, Likani qəsəbəsi dağlıq kurortlardan biridir.